Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Atatürkçü zabitlər orduya çağırıldı

 

Balyoz davası ucbatından həbs edilən zabitlərin bir qismi yenidən Türkiyə Silahlı Qüvvələrinə geri qaytarılır.

 

Xeberinfo.com:   Bu barədə informasiyanı “Milliyyət” qəzeti yayıb.

 

Qəzet ehtiyatda olan zabitlərin “təcili” kodu ilə orduya çağırıldığını bildirib. Geri çağırılan zabitlərin böyük hissəsi polkovnik rütbəli şəxslərdir. Ehtiyatda olan hərbçilərin çoxu Hərbi Dəniz Qüvvələrinə yerləşdirilib. Üstəlik, Sahil Təhlükəsizlik Komandanlığına Bülənd Olcay, Sahil Qüvvət Komandanlığına Öndər Çələbi, Cənub Qrup Komandanlığına Aykar Təkin rəhbər təyin edilib. Geri çağırılan hərbçilər sırasında Cem Okyay və Yankı Bağçıoğlunun da olduğu bildirilib.

 

Qeyd edək ki, Balyoz davası 2010-cu ildə başladılıb. O zamankı iddialara görə, məhz Balyoz planı sayəsində Türkiyə 1-ci Ordu Komandanlığı çevriliş həyata keçirməli idi. Balyoz davasının başlanması sayəsində 400-dən çox türk zabiti həbs edildi. Həbs edilənlər sırasında 1-ci Ordu komandanı general Çətin Doğan da yer aldı. Sonradan 2014-cü ildə Doğan da daxil olmaqla Balyoz davasında həbs edilən zabitlərin böyük bir qisminə bəraət verildi. Onlara qarşı sürülən iddiaların doğru olmadığı bildirildi. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam