Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Fətullah Gülənin bir əmri ilə qalxacaq F-16-larımız var…”

fethullah-gulen_549053

Türkiyə Hərbi Hava Qüvvələri komandanlığının hərbi tribunalının keçmiş hakimi Ahmet Zeki Üçok iyulun 15-də hərbi çevriliş həyata keçirməyə cəhd edən qiyamçı general və polkovniklərin hamısını hələ 7 il əvvəl təsbit etdiyini açıqlayıb. Lakin keçmiş hakim bildirib ki, onun apardığı təhqiqatın nəticələri ilə heç kim maraqlanmayıb, heç  bir tədbir görülməyib. 

Xeberinfo.com:   Məlumata görə, Ahmet Zeki Üçok “Hürriyet” qəzetinə müsahibəsində çevriliş cəhdinə görə həbs edilən zabitlərin hamısının Fətullah Gülənə bağlı olduqlarını 2009-cu ildə müəyyən etmişdi.

Üçok bundan əvvəl “Balyoz” çevriliş planı iddiası üzrə istintaqı aparanlardan biri olub, daha sonra işgəncə ittihamı ilə həbs olunub. Onun dediyinə görə indi istefda olan  polkovnik Selçuk Başyiğit 2009-cu ildə “Biz artıq çox gücləndik. Bu anda Fətullah Gülənin bir əmri ilə qalxmağa hazır olan F-16-larımız, F-4-lərimiz var” deyib.

“Bu deyilənlər məhkəmə sənədlərində də əksini tapıb. O vaxt Hava Qüvvələrinin kəşfiyyat idarəsində vəzifə tuturdu. Mən ordu generalı Hulusi Akarın yaxın çevrəsində olan personal üzrə məsul, general Mehmet Partigöçün, İncirlik 10-cu Tanker Bazası komandanı, general Bekir Ercan Vanın, Akıncı 4-cü Əsas Qırıcı Bazası komandanı, general Hakan Evrimin və digərlərinin Gülənə bağlı olduqlarını, çevriliş planlaşdırdıqlarını o vaxt təsbit etmişdim. Bu barədə prokurorluğa, digər instansiyalara yazdım. Tədbir görən olmadı”-keçmiş hərbi hakim deyib.

Hakim Üçok bu ilin aprelində də “Hürriyet” qəzetinə müsahibəsində ordu daxilində çevriliş hazırlayan fətullahçıları adbaad tanıdığını deyibmiş.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam