Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

XALQXEBER.AZ-3

 

"Xeberinfo.com":  Martın 7-də Xalqxeber.Az saytının 3 yaşı tamam olur. İnternet mediasının sürətlə inkişaf etdiyi bir zamanda bu xəbər portalı ötən 3 ildə Azərbaycan internet məkanında özünə yer etməklə yanaşı, hazırda populyar xəbər resurslarından biri ünvanını qoruyub saxlayır. 

Kərbəlayi Peyman Sadıqovun rəhbərlik etdiyi sayt artıq təkcə dindar kəsimin deyil, bütövlükdə cəmiyyətin xəbər tələbatını qarşılamağa iddialı bir sayta çevrilib. 2012-ci ildə fəaliyyətə başlayanda peşəkarlardan ibarət komandası olmayan Xalqxeber.Az indi peşəkar xəbər portalları ilə bir sıradadır. Xalqxeber.Az-ın qurucusu və baş redaktoru Peyman Sadıqov deyir ki, sayt cəmiyyətdə, mediada boşluq olan dövrdə meydana çıxıb: “Hər şey elə Allahın izni ilə başladı. Bu gün artıq 3 il keçib və biz bu ötən müddətlə bağlı təhlillər aparırdıq. Sual elə bu idi: bu, necə oldu meydana çıxdı? Yaxşı xatırlayıram, 2012-ci ilin bir repressiv ab-havası vardı. Kərbəlayi Peyman deyir ki, Xalqxeber.Az yaranan zaman ölkədə xüsusən də dindar kəsimin problemlərini gündəmə gətirən, işıqlandıran media orqanı çox az idi: “Olan xəbər resursları bir tərəfdən inanclı insanların qayğılarını, vəziyyətini tam hiss etmir, bundan əlavə olaraq gerçəkdən ölkədə olan çoxsaylı problemlərin içində inanclıların məsələsi mühüm məsələlərin biri və ya neçəncisi kimi ortaya qoyulurdu. Belə bir dönəmdə Xalqxeber.Az-ın meydana çıxması gündəmə gəldi. Yeni bir xəbər resursunu meydana çıxarmaq qərarına gəldik. Peyman Sadıqov “Xalqxeber.Az”ın sosial problemi olan insanların müraciət etdiyi bir mərkəzə çevrildiyi qənaətindədir. Baş redaktor başqa layihələrinin, internet TV yaradılması və inkişafı kimi planların olduğunu deyir: “Xalqxeber.Az bu ölkədə dəyərlərə sahib olan hər kəsin tribunasına çevrildi. Bu gün artıq on minlərlə izləyicimiz, xitab etdiyimiz insanlar var. Qısa desək, Xalqxeber.Az hər bir problemi olan insanın gün ərzində bir neçə dəfə baş vurmalı olduğu bir internet resursuna çevrilib. Digər portallardan fərqli olaraq reklam bazamız yoxdur. Biz bununla göstərdik ki, populyarlıq heç də özünü sosial şəbəkələrdə reklam etməkdən keçmir. Artıq bu gün Xalqxeber.Az-ın xəbər istehsal edən, toplayan yaradıcı kollektivi var. Halal, doğru, Allahın bəyəndiyi yolla gedirik. Bu həm də Xalqxeber.Az-da çalışan insanların bu işə bir bəndəlik vəzifəsi kimi baxmasından asılı oldu".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam