Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Bərdədə məcburi köçkünlər kütləvi narazılıq edir

 

 

Məlum olduğu kimi cənab Prezident İlham Əliyev Bərdə rayonunda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni-yeni binaların tikilib istifadəyə verilməsinin vacibliyini vurğulamışdı. 

"Xeberinfo.com":  Məlumata görə, Bərdə rayonunda məcburi köçkünlərə artıq 1 aydan çoxdur ki, evlər paylanılır. Evlərin verilməsində qanunsuzluqlar baş versədə lakin hələ də məcburi köçkünlərin haqlı narazılıqları təmin olunmayıb. Hətta məcburi köçkünlər Xalqxeber.Az-a bildirirlər ki, evlərə köçməyimizə baxmayaraq icra hakimiyyəti tərəfindən süni şəkildə cəzalandırılırıq. Belə ki, prezidentin açılışını etdiyi binanın ətrafını zibil tullantıları bürüyüb. 

Artıq icra başçısı Vidadi İsayevə məsələ ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq hələ dəərazi zibildən təmizlənməyib. Bir sözlə desək evdə zibilin üfunət iyindən oturmaq olmur. Körpələr hər an müxtəlif xəstəliklərə düçar ola bilərlər. Məcburi köçkünlər Xalqxeber.Az-a onu da bildirirlər ki, məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət ediblər lakin oradan onlara bildirilib ki, zibilin ərazidən təmizlənməsi işi bizlik deyil. 

Məcburi köçkünlər nə edəcəklərini düşünə bilmirlər, çünki Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işi atır icra hakimiyyətinin üstünə, icra hakimiyyəti də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üstünə. Ərazidən çəkilən fotolardan bir daha aydın olur ki, bu zibil yığıntısının bir çox fəsadları ortaya çıxa bilər. Biz Xalqxeber.Az olaraq inanırıq ki, tez bir zamanda məcburi köçkünlərin şikayətləri təmin olunar vəərazidən zibil tullantıları yığışdırıla 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam