Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Köhnə biletləri küçədə zibil qabında yandırın...” -Minskdə tutulan muzdlular

Belarusda iyulun 29-da saxlanılan və Rusiyanın “Vagner” özəl hərbi şirkətinin muzdluları olan 33 rusiyalı ətrafında Moskva ilə Minsk arasında ciddi gərginlik davam edir. Rəsmi Minsk həmin muzdluların avqustun 9-da keçiriləcək prezident seçkilərində Belarusda vəziyyəti qarışdırmaq üçün göndərildiyini bildirir. Lakin Rusiya tərəfi bunu rədd edir və iddia edir ki,muzdlular Belarusdan tranzit keçməklə üçüncü ölkəyə getməyi planlaşdırırdı və onlar heç bir qanunu pozmayıblar.

Yenixeber.org: Bunun ardınca Belarus tərəfi muzdluların bu ölkə ərazisindən tranzit keçməklə üçüncü ölkəyə getməyi planlaşdırdıqları haqda Rusiya tərəfinin versiyasını rədd edib. Və dəlillər açıqlayıb.

Məlum olub ki, “Vagner” muzdluları Belarusa çatandan sonra son anda marşrutu dəyişiblər və bu ölkədə qalıblar. Kuratorları onlara köhnə biletləri yandırmağı tapşırıb. Belarus ictimai televiziyasının bildirdiyinə görə, istintaq muzdluların ölkə ərazisindən tranzit olaraq keçməyi planlaşdırdıqları barədə versiyanın əvvəlcədən onların əsl planlarını ört-basdır etmək üçün hazırlandığını düşünür. Sübut olaraq Belarus hüquq-mühafizə orqanları muzdluların kuratorları ilə yazışmasından skrinşotu açıqlayıb. “Sabah saat 12.00-da hamı qaldığı nömrələri boşaltmalıdır və avtobuslara minməlidir. Köhnə biletləri küçədə zibil qabında yandırmaq lazımdır”,-Shaman niki ilə yazan kurator “vaqnerçilərə” bildirir.

Habelə istintaq muzdluların Belarus ərazisindən daşınmasını təmin edən Gennadi Kumpan adlı şəxsin ifadəsini də açıqlayıb. Həmin şəxs bildirir ki, muzdlular qrupunu Rusiya ilə sərhəddən iyulun 24-də götürüb və əvvəlcədən razılaşdırdıqları kimi onları Minsk beynəlxalq aerportuna aparıb. Lakin son anda təyinat yeri məlum olmayan səbəbdən dəyişib. O, muzdluları “Belarusoçka” sanatoriyasına aparıb. Muzdluların Minsk-İstanbul reysi ilə uçan təyyarəyə biletləri olsa da onlar həmin reysə minməyiblər. Təyyarə 33 muzdlunu götürmədən uçub.

Minskdə qeyd edirlər ki, bundan sonra Belarus paytaxtından İstanbula bir çox başqa reyslər də olub. Lakin “vaqnerçilər” nəyə görəsə Belarusda qalıblar. İstintaq qrupunun rəhbəri Aleksandr Aqafov hesab edir ki, muzdluların İstanbula uçmağı planlaşdırdıqları haqda versiya əvvəlcədən alibi kimi hazırlanmışdı. Amma onların əsl məqsədi başqa olub. O qeyd edir ki, saxlanılanlar hara getməyi planlaşdırdıqları haqda ziddiyyətli ifadələr veriblər. Muzdlulardan 15-i ifadələrində Türkiyəyə getdiklərini deyib. 11-i Venesuelaya uçduqlarını bildirib. Qalanları Kuba və Suriyaya getməyə hazırlaşdıqlarını deyib, bir nəfər isə ümumiyyətlə onu hara göndərdiklərini bilmədiyini deyir.

Eləcə də Rusiya mənbələrində muzdluların hara getdikləri barədə fərqli versiyalar və ölkələr göstərilir. Onların gah Yəmənə, gah Liviyaya, yaxud Suriya və ya Venesuelaya göndərildikləri barədə versiyalar səslənir.

Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin Belarusda saxlanılan rusiyalı muzdlularla bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasda ifadə olunub ki, həmin Rusiya vətəndaşları Belarusda heç bir qanunu pozmayıblar və ölkə ərazisindən tranzit keçməklə üçüncü ölkəyə getməyi planlaşdırırdılar. Ona görə də Belarus tərəfinin bu şəxsləri tezliklə sərbəst buraxmalı olduğu bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam