Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BELARUSU QARIŞDIRMAĞA GÖNDƏRİLƏN RUSİYALI MUZDLULAR - Belə yaxalandılar -VİDEO

Belarus televiziyası Minsk ətrafında ötən gecə tutulan 32 rusiyalı muzdlu barədə reportaj verib.

Yenixeber.org: Reportaja əsasən Belarus KQB-sinin xüsusi təyinatlıları muzdluların yerləşdiyi pansionata gecə saatlarında basqın edir və onları yatan yerdə yaxalayır. Kadrlardan görünür ki, saxlanılanların bir çoxunun bədənlərində kriminal aləmlə və muzdlu hərbi fəaliyyətlə əlaqəli olan “nakolkalar” yer alır.

Saxlanılanların geyimlərində “Bizim biznes ölümdür və biznes yaxşı gedir” sözləri yazılmış nişanlar, ərəb dilində mətn, dollarlar, Rusiya rublu və Sudan pulları, hərbçiləri üçün detektora dair təlimat, ərəblərin baş örtüsü, Rusiya pasportları, prezervativlər tapılıb.

 

 

Bu ləvazimatlar arasında hərbçilərin uniformasına bərkidilən “özümüzünkü-yad” vericisinə dair təlimat xüsusi diqqət cəlb edir. Bu vericilər xüsusi təyinatlı döyüşçülərin uniformalarında olur və onların məqsədi gecə döyüşləri zamanı gecəgörmə kameraları tərəfindən döyüşçünün identifikasiyası, beləliklə də onlara “dost atəşinin” açılmasının qarşısının alınmasıdır. Belarus ordusunda belə vericilər yoxdur və o, əsasən ABŞ ordusunda tətbiq olunur.

Xatırladaq ki, Belarus hüquq mühafizə orqanları avqustun 9-na təyin edilmiş prezident seçkiləri ərəfəsində ölkədə qeyri-stabillik yaratmaq üçün Rusiyadan 200-ə yaxın muzdlunun göndərildiyini bəyan edib. Onlardan bir qrupu yaxalanıb.

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam