Azərbaycanın işğal altındakı ərazilərində COVID-19: -yoluxanların sayı 217-yə çatıb
Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artır.
Yenixeber.org: “aysor.am”ın verdiyi xəbərə görə, Dağlıq Qarabağda koronavirusa 2 yeni yoluxma faktı qeydə alınıb.
Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 217 nəfərə çatıb.
Virusa yoluxan 154 nəfər sağalıb.