Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kanadada da ordumuza dəstək aksiyası keçirildi-FOTO

 

 Kanadada yaşayan azərbaycanlılar, diaspor təşkilatları və diaspor fəalları bu ölkənin Toronto və Ontario şəhərlərində Azərbaycan Ordusuna dəstək aksiyası keçiriblər.
Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya iştirakçıları Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribata etirazlarını bidiriblər. Soydaşlarımız Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması, işğal olunmuş torpaqlarımızın azad olunmasını tələb ediblər.

Kanada azərbaycanlıları müxtəlif dillərdə şüarlar səsləndirib, ölkə ictimaiyyətinin diqqətini münaqişənin acı nəticələri barədə məlumatlandırmağa çalışıblar.

Qeyd olunub ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi bütövlüyü pozulub, hərbçilər şəhid olub, günahsız insanlar, uşaqlar, mülki əhali qətlə yetirilib.

Aksiya iştirakçıları bir daha diqqətə çatdırıblar ki, Kanada höküməti dəfələrlə Azərbaycanın ərazi bütovlüyünü birmənalı şəkildə dəstəklədiyini və işğalı qınadığını bəyan edib.

Aksiyaya Kanadada yaşayan İsrail və Türkiyədən olan insanlar, Azərbaycanı sevənlər də qatılıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam