Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Sərt karantin rejimində“ASAN xidmət” mərkəzləri işləyəcək

Sərt karantin rejimində “ASAN xidmət” mərkəzləri işləyəcək
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə məhdudiyyətlər tətbiq olunacaq.
Yenixeber.org: Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, məhdudiyyətlərin tətbiq edildiyi müddətdə vətəndaşlar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin xidmətlərindən yararlana biləcəklər. Lakin Nazirlər Kabinetinin müvafiq Qərarı ilə məhdud sayda əməkdaşların işə çıxmasının təmin edilməsi məqsədi ilə 1 saylı Bakı “ASAN xidmət” və 2 saylı Bakı “ASAN Kommunal” mərkəzlərində sənəd qəbulu həyata keçirilməyəcək. Həmin mərkəzlərdə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar isə mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.

Müvafiq xidmətlərlə əlaqədar sənəd qəbulu üçün digər mərkəzlərə müəyyən edilmiş qaydada müraciət etmək mümkündür. Belə ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

“ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Səyyar ASAN xidmətin fəaliyyətində də bir sıra məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, xidmət göstərilən məntəqələr məhdudiyyətlərin tətbiq olunduğu əraziyə aid olduğu üçün Səyyar ASAN xidmət Qaradağ rayonunun Qobustan qəsəbəsində, Xırdalan və Lənkəranda 21 iyun 2020-ci il tarixindən fəaliyyət göstərməyəcək.

Səyyar ASAN xidmətin fəaliyyət göstərdiyi digər məntəqələr barədə ətraflı məlumatı müvafiq link vasitəsi ilə əldə etmək olar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam