Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİN - sərt karantin rejimi ilə bağlı əhaliyə müraciət etdi

DİN sərt karantin rejimi ilə bağlı əhaliyə müraciət etdi
Daxili İşlər Nazirliyi (DİN) iki günlük sərt karantin rejimi ilə bağlı vətəndaşlara müraciət edib.
Yenixeber.org: DİN-in Mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

"Məlum olduğu kimi Azərbayсan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gənсə, Sumqayıt, LənkəranAbşeronSalyanKürdəmirYevlaxİsmayıllı şəhər və rayonlarının ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləсək. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına xidmət edən həmin məhdudiyyət tədbirlərini hər zaman anlayışla qarşılayıb dəstəkləyən, bu sahədə müəyyən edilmiş tələblərə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin əməkdaşlarının və hərbi qulluqçularının fəaliyyətini yüksək qiymətləndirən bütün vətəndaşlarımıza, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə dərin təşəkkürümüzü yetirir və hamınızı 15 iyun - Milli qurtuluş günü münasibəti ilə təbrik edirik.

Eyni zamanda, özünüzün, yaxınlarınızın və digər şəxslərin sağlamlığına zərər yetirməmək üçün сəmi iki gün davam edəсək özünütəcrid qaydalarına сiddi riayət olunmasını xahiş edirik.

Təxirəsalınmaz məsələlərin həlli ilə əlaqədar Daxili İşlər Nazirliyinin "102" Xidmətinə və "Qaynar xətti"nə ((012) 590-80-20) müraсiət edə bilərsiniz.

İnanırıq ki, vətəndaşlarımız bu dəfə də böyük təmkin və səbr nümayiş etdirəсək".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam