Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müdafiə Nazirliyi Ermənistanın müdafiə nazirinə cavab verdi

 

"Ermənistan müdafiə naziri David Tonoyanın “ordu quruculuğu konsepsiyasına dair” fikirlərinə münasibət bildirərkən ilk növbədə qeyd etmək lazımdır ki, bu, son günlər Ermənistanda yüksək vəzifəli hərbçilərin tutduqları postlardan azad edilməsi fonunda onun öz kreslosunu qoruyub saxlamaq üçün atdığı populist addımdır. Xarici dövlət borcunun dövlət büdcəsini üstələdiyi, iqtisadiyyatının isə xarici ianələr və “marafonlar”dan əldə olunan vəsaitlər hesabına formalaşdığı bir ölkənin müdafiə nazirinin bu cür çıxış etməsi absurddur".

Yenixeber.org: Bunu sorğumuza cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. 

"David Tonoyanın Ermənistan ordusu barədə səsləndirdiyi “konsepsiya” absurddur. Belə ki, onun səsləndirdiyi fikirlərin Ermənistan miqyasında praktiki olaraq həyata keçirilməsi mümkün deyil. Buna nə Ermənistanın iqtisadiyyatı, nə də hərbi potensialı imkan vermir.

Ermənistanın müdafiə nazirinin daxili auditoriyaya ünvanlanmış bu fikirləri müxtəlif xarici hərbi-strateji əsərlərdən götürülmüş nəzəri fərziyyələrdən başqa bir şey deyil.

David Tonoyanın çıxışında diqqət çəkən məqamlardan biri isə, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda, qoşunların təmas xəttində yerləşdirilməsi barədə etirafıdır ki, bu da Ermənistanın işğalçı ölkə olduğunu bir daha rəsmi şəkildə təsdiq edir", nazirlikdən qeyd olunub.(report) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam