Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ermənistanda qalmaqal:Baş qərargah rəisi karantini pozdu, oğluna toy elədi

 

 Ermənistanda hər gün 500-600 nəfərin koronavirusa yoluxduğu, səhiyyə sisteminin çökdüyü bir vaxtda silahlı qüvvələrin Baş qərargah rəisi, general-leytenant Artak Davtyan Yerevandakı malikanəsində oğluna toy edib.

Yenixeber.org: “Hraparak” (”Meydan”) qəzeti Davtyanın qonşuluğundakı evlərdən birindən çəkilmiş videonu dərc edib. Videodan məlum olur ki, malikanənin həyətində yüzdən çox adamın iştirakı ilə toy mərasimi keçirilir.

Kadrlara əsasən malikanənin qarşısında çoxlu avtomobillər, o cümlədən Müdafiə Nazirliyinin avtomobilləri dayanıb. 

Bildirilir ki, baş nazir Nikol Paşinyan bundan xəbər tutub və fövqəladə vəziyyət rejimi üzrə komendant Tiqran Avinyan bir neçə polisin müşaiyəti ilə Davtyanın malikanəsinə gedib. Və toy yarımçıq dayandırılıb.

Davtyan özü isə bu gün məsələyə reaksiya verib. Bildirib ki, qanun qarşısında hamı bərabərdir. “Əgər mən hansısa pozuntuya yol vermişəmsə qanun qarşısında bütün məsuliyyətimlə cavab verəcəyəm. Əlbətdə, mənim fikricə pozuntu olmayıb, lakin qoy bunu müvafiq orqanlar araşdırsınlar. Bəzi KİV-ləri və adamları mənim ailəmin işlərinə qarışmamağa və məni siyasi oyunlara çəkməməyə çağırıram”, -o bildirib.

Xatırldaq ki, baş nazir Paşinyan ötən həftə ölkəsində koronavirusla bağlı vəziyyəti “cəhənnəm” adlandırmışdı və xəstəxanaların artıq yeni xəstələri qəbul edə bilmədiyini demişdi. Ermənistanda koronavirus pandemiyası ilə bağlı fövqəladə vəziyyət rejimi hökm sürür.

Son məlumata görə general Artak Davtyan istefa ərizəsi yazıb. Bu haqda “Sputnik Armenia” bildirir. Ehtimal edilir ki, Davtyanın istefa ərizəsi yazması həmin toy qalmaqalı ilə bağlıdır. Hələlik onun istefasının qəbul edilib-edilmədiyi haqda məlumat yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam