Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan Ermənistanın Baş Qərargah rəisini -DƏYİŞİR

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatı ilə prezident Armen Sarkisyan Vaqarşak Arutunyanı general-leytenant rütbəsində bərpa edib.


Yenixeber.org:    V.Arutyunyan 1999-2000 ci illərdə Ermənistanın müdafiə naziri olub. Daha sonralar Ermənistanın o zamankı prezidenti Robert Koçaryana qarşı siyasi müxalifətə keçib. 2002-ci ildə Koçaryan onu hərbi rütbələrdən məhrum etmişdi.


Hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenat Nazim Bayram deyir, V.Arutyunyanın rütbəsinin bərpasından sonra onun hazırkı Baş Qərargah rəisi Artak Davtyanın yerinə gətirilməsi barədə şayiələr yayılmağa başlayıb:

“Müdafiə naziri Tonoyan və Davtyanın özü bu şayiələri təkzib etsələr də, erməni politoloqları Paşinyanın qərarları təkbaşına verdiyini və Tonoyanla Davtyanın münasibətlərində gərginliyi nəzərə alaraq, Arutunyanın Baş Qərargah rəisi gətiriləcəyini istisna etmirlər. Onların fikrincə, döyüş görməyən, hərbi məmur Vaqarşak Arutunyan Paşinyan tərəfindən ordu başına gətirilir ki, “Qarabağ klanı”na mənsub ya loyal generaliteti ordudan “təmizləsin””.

N.Bayram deyir ki, bəzi digər erməni təhlilçilər V.Arutyunyana rütbəsinin qaytarılması barədə Paşinyanın öz “Feysbuk” hesabından yaydığı məlumatın məzmununa (“Vaqarşak Arutunyanın hərbi rütbələrinin ləğv edilməsi haqqında Robert Koçaryanın fərmanı mənim vəsatətimlə prezident tərəfindən qüvvədən salındı. Vaqarşak Arutyunan general-leytenantdır”) diqqət çəkiblər. Onların fikrincə, Paşinyan Arutunyanın rütbəsinin bərpasındakı şəxsi rolunu qabartmaqla bunu Koçaryanla qarşıdurmadakı uğursuzluqları fonunda onun üzərində qələbəsi kimi qələmə verməyə çalışır.

V.Arutunyan 2016-cı ilin aprel hadisələrini araşdıran deputat komissiyasının üzvüdür.

“Komissiyanın hansı əsas qənaətlərə gələcəyini nəzərə alsaq, orduda geniş “kadr təmizlənmələrinə” əsas verəcəyinə şübhə qalmır. Bu missiyanı yerinə yetirmək üçün Arutunyan Baş Qərargah rəisi təyin oluna bilər. Odur ki, hər iki versiya bir-birini tamamlayır və eyni nöqtəyə gəlməsi məntiqi görünür.

Əlavə edim ki, V.Arutunyan 1992-1994 illərdə KTMT(o zaman MDB Birləşmiş qoşunlar) qərargahının rəis müavini, 1994-1999 illərdə MDB ölkələri müdafiə nazirləri şurasında Ermənistanın nümayəndəsi olub. Mediada hərbi-sisyasi məsələlərə münasibət bildirir. Rusiyayönlü mövqeyi ilə tanınır. Paşinyan onu reabilitasiya etməklə, KTMT dönəm katibi Xaçaturyanın həbsinin Rusiya ilə münasibətlərə təsirini yumşaltmağa çalışır, bir növ, Kremlə reverans etmiş olur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam