Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ-da koronavirus dalğası təkrarlana bilər-Payız-qış aylarında

 

ABŞ-da koronavirus dalğasının payız və ya qış aylarında təkrarlanması mümkündür və bu, daha bir izolyasiya rejiminin tətbiqi ehtimalını artırır.

Yenixeber.org: Bu barədə ABŞ-ın xəstəliklərin nəzarəti və profilaktikası üzrə federal mərkəzlərinin rəhbəri Robert Redfild “The Financial Times” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ ictimai səhiyyə sahəsində növbəti böhrandan yayınmaq üçün yaxın bir neçə ay ərzində xəstəliklərin izlənməsi üzrə potensialını yüksək templə artırmalıdır. Çünki mövsümi qrip xəstəlikləri yeni koronavirus infeksiyasının ikinci dalğası ilə üst-üstə düşə bilər.

“Koronavirusun Cənub yarımkürəsinə yayılması ilə bağlı ehtimalımız özünü doğrultdu. Hazırda Braziliyada baş verənlərə baxın. Bundan sonra koronavirusun səbəb olduğu COVID-19 xəstəliyinin yayılma templəri şimalda yenidən sürətlənəcək”, - deyə Robert Redfild bildirib.

O, həmçinin ABŞ-ın koronavirus səbəbindən çətin vəziyyətə düşdüyünü etiraf edib və bunu səhiyyə sistemində çatışmazlıqlarla əlaqələndirib. “Ölkə vəziyyətin bu cür inkişafına hazır deyildi. Sadə respirator virus patogeni həqiqətən də dövləti diz üstə çökdürdü”, - deyə Robert Redfild əlavə edib.

Birləşmiş Ştatların baş infeksionistinin fikrincə, gələcəkdə bənzər faciələrin qarşısını almaq üçün ictimai səhiyyə sisteminə investisiyaların həcmi iki-üç dəfə artmalıdır.(AzərTAc)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam