Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu ölkədə bir gündə COVID-19-a 800-ə yaxın yoluxma aşkarlandı

 

Son bir gün ərzində Almaniyada koronavirusdan 83 nəfər ölüb.

Yenixeber.org: RİA "Novosti" xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Qeyd edilir ki, son sutkada daha 797 koronavirusa yoluxma halı aşkarlanıb.

Bir gün əvvəl sutka ərzində 72 nəfərin öldüyü, 513 yoluxmanın qeydə aldığı bildirilirdi.

Epidemiyanın başlanğıcından ölkədə koronavirusa 176 007 yoluxma aşkarlanıb. İnstitutun məlumatına görə, COVID-19 diaqnozu qoyulmuş 8 090 insan ölüb, 156,9 min xəstə sağalıb.

Ən çox yoluxma sayı Bavariyada qeydə alınıb. Burada 45 766 nəfər COVID-19-a yoluxub. Şimali Reyn-Vestfaliyada 36 766 təhlükəli virusun daşıyıcısı kimi qeydə alınıb. Baden-Vürtemberq 34 115, Berlində 6 507 yoluxma aşkarlanıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam