Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Əgər normal şəraitləri varsa, xaricdəki soydaşlarımız geri qayıtmağa çalışmasınlar..."

"Bu, onların özü üçün də, buradakı doğmaları, qohumları üçün də optimal seçim olardı..."
Yenixeber.org: Azərbaycanda koronavirusla mübarizə tədbirləri çərçivəsində elan olunmuş karantin rejimi ilə bağlı ölkəmizə xaricdən gələnlər, eləcə də müxtəlif ölkələrdən qayıtmaq istəyən soydaşlarımızın girişinə xeyli məhdudiyyətlər qoyulub. Nazirlər Kabineti yanında Operativ qərargahın təlimatları əsasında həmyerlilərimiz vətənə hissə-hissə gətirilirlər. 
Son məlumata görə, karantin elan edilən gündən bəri xaricdən ölkəmizə 10 minə yaxın azərbaycanlı gətirilib. Ancaq hələ də xaricdə qalan və Azərbaycana qayıtmağa can atan xeyli soydaşımız var. Bununla bağlı oxuculardan da məlumatlar alırıq. Onlar da müxtəlif ölkələrdə qalan doğma və qohumlarıyla bağlı narahatlıqlarını ifadə edirlər.
Bu mövzuda suallarımıza cavab tapmaq üçün müraciət etdiyimiz Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva bunları bildirib:
“Doğrudur, xaricdə qalan soydaşlarımız hələ xeylidir. Gətirilənlərin sayı, hələ ki, qeyd etdiyiniz 10 min rəqəmi ilə məhdudlaşır. Amma Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi karantin qaydalarına uyğun olaraq qalan həmvətənlərimiz hissə-hissə  gətiriləcəklər. Eyni zamanda xaricdəki soydaşlarımıza əsas çağırış ondan ibarətdir ki,  əgər normal şəraitləri varsa, geri qayıtmağa çalışmasınlar, olduqları yerlərdə özlərini qorumaqla vəziyyətin stabilləşməsini gözləsinlər.  Bu, onların özü üçün də, Vətənləri üçün də, burada yaşayan doğmaları, qohumları üçün də optimal seçim olardı. Çünki  soydaşlarımızın hər hansı ölkədən Azərbaycana qayıdan zaman da yoluxma ehtimalları çoxdur ki, bu da həm öz əzizləri, həm də digər vətəndaşlarımız üçün təhlükə yarada bilər. Operativ Qərargah bu mövzuda dəfələrlə açıqlama verib. Xaricdəki həmvətənlərimiz də bunları dinləyib riayət  etsələr, hər şey yaxşı olar, inşallah...”
“Xaricdən vətənə qayıtmaq istəyən azərbaycanlıların ümumi təxmini sayı məlumdurmu? Və ən çox hansı ölkədədir belə soydaşlarımız?” sualını isə XİN rəsmisi belə cavablandırıb:
“Təəssüf ki, xaricdən qayıtmaq istəyən soydaşlarımızın ümumi sayı barədə dəqiq məlumatımız yoxdur. Bu, dəyişən bir rəqəmdir. Amma, təbii ki, onlar daha çox Türkiyədədir...” 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam