Özbəkistan Maliyyə Nazirliyi nəzdində Büdcəxarici pensiya fondunun sabiq icraçı direktoru Bahrom Əşrəfxanov bu ölkənin Azərbaycandakı səfiri təyin edilib.

Yenixeber.org: Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Yeni təyin olunan səfir aprelin 14-də Bakıya gəlib.

Qeyd edək ki, o, 2020-ci ilin martınadək Büdcəxarici pensiya fondunun icraçı direktoru vəzifəsində işləyib. 2016-2018-ci illərdə Özbəkistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri olub.