Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı metrosunda qəribə vaqonun sirri nədir?

 

“Sərnişinlərin marağına və təəccübünə səbəb olan vaqon yol ölçən vaqondur. Ayda bir dəfə xəttə buraxılır. Burada təəccüblü heç nə yoxdur”.

 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Metronun “Cəfər Cabbarlı” stansiyasında görünən və sərnişinlərin marağına səbəb olan maraqlı vaqonla bağlı danışarkən deyib.

 

Maraqlı vaqonla bağlı “Azadlıq” radiosuna foto yollayan şəhər sakini qeyd edib ki, dünən bir saat intervaldan sonra perrona yan alan qatarın vaqonlarından biri olduqca maraqlı dizaynda olub. Belə ki, vaqonda kondisioner, divan-kreslo, azuqə və geyim üçün rəflər olduğu görünüb. Həmçinin metropoliten işçiləri stansiyada dayanmış sərnişinlərə sözügedən vaqona minməyə izn verməyiblər.

 

N.Paşayev isə qeyd edir ki, burada təəccüblü bir şey yoxdur:

 

“Ayda bir dəfə xətə buraxılan 5 vaqonluq qatarın bir vaqonu belə olur. Burada qəribə heç nə yoxdur. Ola bilməz ki, indiyə qədər bu vaqonu heç kim görməsin. Bu, yol ölçən vaqondur. Sərnişinlərin istifadəsinə icazə verilmir. Yolları yoxlamaq üçündür. Vaqonun içində xüsusi aparat var”.

 

Vaqonun içində divan-kreslo və kondisionerin olmasına gəlincə isə, Metropoliten sözçüsü belə bir şeyin olmadığını bildirdi:

 

“Kondisioner, divan-kreslo yoxdur. Amma iş aparan personalın oturması üçün stol-stul var. O, bir növ laboratoriyadır. Bazar günləri insanların az olduğu zaman xəttə buraxılır. İşçilər də bizim mütəxəssislərdir. Hərə öz sahəsi üzrə yollarda yoxlanış aparıb”.

Axar.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam