Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Karantində saxlanılan azərbaycanlılar vətənə qayıdır

 

Çin Xalq Respublikasının Uhan şəhərində yayılan yeni növ koronavirusla əlaqədar təxliyə olunan və Ankaradakı Doktor Zekai Tahir Burak Qadın Sağlığı Təhsili və Araşdırma Xəstəxanasında karantində olan Azərbaycan vətəndaşları fevralın 15-də həmin xəstəxananı tərk ediblər.

Yenixeber.org: Təxliyə olunan vətəndaşlarımız xəstəxananı tərk edəndən sonra Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda olub, Ulu Öndərin abidəsini ziyarət ediblər. Ölkəmizin Türkiyədəki səfirliyinin əməkdaşları Ankarada fəaliyyət göstərən Buta Bakı Azərbaycan Tanıtma Evində həmvətənlərimizlə görüşüblər. Görüşdə Çindən qayıdan Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə və Türkiyə dövlətinə təxliyə ilə bağlı göstərilən dəstək və qayğıya görə təşəkkür ediblər.

Azərbaycanlılar yerli vaxtla saat 13:00-da AZAL-ın müvafiq reysi ilə Bakıya yola düşüblər. Onların Bakı vaxtı ilə saat 16:20-də Azərbaycana çatmaları gözlənilir.

Çindən təxliyə olunan Azərbaycan vətəndaşları bunlardır: Leyla Quliyeva, Firuddin Nağıyev, Duyğu Nağıyeva, Rauf Məmmədli, Tural Cəfərov, Elşən Musazadə.

Qeyd edək ki, vətəndaşlarımız Ankarada 14 gün müddətində karantində saxlanılıblar. Karantin müddəti ərzində bir neçə dəfə analiz verən həmvətənlərimizdə koronavirus aşkarlanmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam