Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu ölkə 3-cü dəfə vətəndaşlarını Uhandan təxliyə etdi

 

 

 

ABŞ koronavirus epidemiyasının yayıldığı Çinin Uhan şəhərindən vətəndaşlarını növbəti dəfə təxliyə edib.

Yenixeber.org: “Haber7” xəbər verir ki, amerikalıları adıçəkilən şəhərdən gətirmək üçün iki təyyarə göndərilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus təxliyə ilə bağlı yazılı açıqlama yayıb.

O deyib ki, Uhandan vətəndaşları təxliyə edən iki təyyarə ABŞ-a eniş edib: “Təyyarədəki sərnişinlər hava limanında tibbi müayinədən keçiblər. Bundan əvvəl 800 amerikalı Uhandan çıxarılmışdı. Təxliyə edilən vətəndaşlar ölkənin müxtəlif yerlərində quraşdırılan karantin mərkəzlərinə yerləşdirilib”.

Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib ki, ABŞ hökuməti eyni zamanda vətəndaşlarını koronavirusdan qorumaq üçün lazımi tədbirlər görür. M.Ortaqus ABŞ vətəndaşlarına Çinə, xüsusilə də Uhan şəhərinə getməmələrini tövsiyə edib.

Xatırladaq ki, 2019-cu il dekabrın 12-də Çinin Uhan şəhərində kütləvi şəkildə yayılan epidemiya nəticəsində indiyə qədər ölkədə 812 nəfər ölüb, 37 198 nəfər isə virusa yoluxub. Onlardan 6 188 nəfərinin vəziyyəti ağırdır. Bundan başqa, 28 942 nəfərin koronavirusa yoluxmaqda şübhəli sayılır, daha 188 183 insan isə müşahidə altındadır. Eyni zamanda 2 656 yeni yoluxma faktı qeydə alınıb. Bu səbəbdən bir çox ölkə Çindən və epidemiyanın yayıldığı vilayətdən vətəndaşlarını təxliyə edib.

Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanın yayılması ilə əlaqədar beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam