Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Səfirlik: Azərbaycan Çindən Türkiyəyə təxliyə ediləcək vətəndaşlarına lazımi dəstəyi verəcək

 

"Azərbaycan hökuməti koronavirusa görə Türkiyənin Çindən təxliyə edəcəyi vətəndaşlarına lazımi dəstəyi verəcək".

Yenixeber.org:   Bu barədə Azərbaycanın Ankaradakı səfirliyi və İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

"Çindən Türkiyəyə təxliyə ediləcək 10 Azərbaycan vətəndaşına zəruri olan bütün dəstəyi verməyə hazırıq. Hələlik onların Ankaraya və ya İstanbula gətiriləcəyi dəqiqləşməyib. Türkiyənin Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə vətəndaşlarımıza lazım olan bütün köməklik göstəriləcək", - diplomatik korpusdan qeyd edilib.

Xatırladaq ki, Çinin Hubey vilayətinin Uhan şəhərində yayılmağa başlayan yeni koronavirus nəticəsində 170 nəfər ölüb, yoluxanları sayı isə 7710-u ötüb. Yoluxucu virus indiyə qədər ABŞ, Fransa, Almaniya, Cənubi Koreya, Avstraliyanın da olduğu ən azı 21 ölkədə aşkarlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam