Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sensasiya: MSK Arifoğlunun dairəsini ləğv etdi -Təcili

 

MSK-nın hazırda davam edən iclasında 35 saylı Xətai üçüncü seçki dairəsi ilə bağılı daxil olmuş müraciətlərə baxılır.

Yenixeber.org: Məsələ barədə məlumat verən MSK üzvü Ramiz İbrahimov bildirib ki, Ümid Partiyasının sədri İqbal Ağazadə müraciət edərək həmin seçki dairəsi üzrə bəzi seçki mənətəlqərində pozuntuların baş verdiyini bildirib.

O qeyd edib ki, həqiqətən də bu dairənin bütün məntəqələrində bu və ya digər formada pozuntulara yol verilib.

MSK üzvü qeyd edib ki, 1 saylı məntəqənin nəticələriə dair tərtib edilmiş protokol müşahidəçilərə verilməyib. R.İbrahimov da digər konkret məntəqələr üzrə baş vermiş pozuntuları sadalayıb.

MSK üzvü bu dairədə baş verən pozuntuların seçki dairəsində seçicilərin iradəsini ifadə etməyə imkan verməyən hallarla müşayiət olunduğunu bildirib.

R.İbrahimov 35 saylı dairənin 33 seçki məntəqəsindən 30 seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməli olduğunu vurğulayıb və bütövlükdə dairə üzrə nəticələrin etibarsız hesab edilməsinə dair qərar layihəsi hazırlandığını bildirib.

MSK 35 saylı dairənin nəticələri ləğv etməklə bağlı qərar verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam