Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bəşər Əsədə ağır itki: 1532 hərbçisi öldürüldü

Bəşər Əsədə ağır itki: 1532 hərbçisi öldürüldü

2019-cu ilin dekabrından 2020-ci ilin yanvar ayına qədər Suriya ordusu olduqca ağır itkilər verib.

Yenixeber.org: Bu barədə Suriyada fəaliyyət göstərən “Təhrir əş-Şam” qüvvələrinə məxsus İBA agentliyi məlumat yayıb.

Agentliyin verdiyi məlumatlara görə, Bəşər Əsəd qüvvələri ən çox itkini 19 dekabr 2019-cu il- 2 fevral 2020-ci il tarixləri arasında verib. Agentlik hətta itkilərin sayını da təqdim edib.

Bildirilib ki, bu tarixlərdə Əsəd qüvvələri və şiə milislərinə məxsus 1532 (148 zabit), Rusiyanın isə 13 hərbçisi öldürülüb, yüzlərlə yaralı var.

Bundan başqa 45 zirehli texnika (28 ədəd tank, 14 ədəd PDM, 1 ədəd 57 mm-lik top, 1 ədəd raket qurğusu, 1 ədəd “Şilka”), 45 hərbi maşın (34 ədəd yük maşını və pikap, 5 ədəd 14.5 mm pulemyot daşıyan pikap, 6 ədəd 23 mm pulemyot daşıyan pikap), 13 ədəd idarəolunan tank əleyhinə raket qurğusu məhv edilib.

Döyüşlər zamanı 7 ədəd tank, 2 ədəd PDM, 9 ədəd PUA vurulub. Suriya ordusuna məxsus 8 ədəd tank, 6 ədəd PDM, 1 ədəd hərbi yük maşını, 3 ədəd idarəolunan tank əleyhinə raket qurğusu, 3 ədəd 14.5 mm çaplı pulemyot, 3 ədəd “Şilka”, 4 ədəd pikap və müxtəlif silahlar ələ keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam