Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çindəki azərbaycanlılar Türkiyə evakuasiya edəcək-Ərdoğandan tapşırıq

 

Çində koronovirus epidemiyasının episentri olan Vuhan şəhərində qalmış 7 azərbaycanlı tələbəni Türkiyə evakuasiya edəcək.

Yenixeber.org: Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Seneqaldan səfərdən dönərkən təyyarədə jurnalistlərlə söhbətində deyib.

 “Səhiyyə Nazirliyimizin bu məsələdə təmkinli açıqlaması belədir: “Bizdə hələ ki, hər hansısa problem yoxdur”. Ancaq Çində koronavirusun yayıldığı bölgədə 25-ə qədər türk, 10-a yaxın azərbaycanlı var. Onların Türkiyəyə dönmə arzular var. “Tədbirləri nəzərə alın, azərbaycanlı qardaşlarımızı da daxil edin. Karantinə almaq şərtilə bu qardaşlarımızı Türkiyəyə gətirin” dedik. Türkiyə ərazisində hazırda hər hansısa bir problem yoxdur” - prezident əlavə edib.

 

Xarici işlər naziri Mövlut Çavuşoğlu isə jurnalistlərə bildirib ki, tezliklə epidemiya bölgəsində qalan Türkiyə vətəndaşlarını evakuasiya etmək üçün Çinə təyyarə göndəriləcək. Vuhanda qalmış azərbaycanlı tələbələr də həmin təyyarə ilə evakuasiya olunacaq. “Mən artıq bu haqda prezident Rəcəb Tayyib Ərdoğanla danışmışam. Azərbaycan tərəfi də bu haqda məlumatlıdır. Azərbaycanlı tələbələr Türkiyə təyyarəsi ilə çıxarılacaq”,-o bildirib.

 

 

Xatırladaq ki, təhsil naziri Ceyhun Bayramov iki gün əvvəl keçirdiyi mətbuat konfransında Çinin Vuhan şəhərində 7 azərbaycanlı tələbənin qaldığını açıqlamışdı. Habelə o Çində cəmi 500-ə yaxın azərbaycanlı tələbənin təhsil aldığını demişdi.

Bu gündən etibarən Çin hakimiyyəti Vuhan şəhərindən xarici ölkə vətəndaşlarının evakuasiyasına icazə verib. Həmin şəhərdə vətəndaşları qalan ölkələr ora təyyarələr göndərirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam