Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tural Gəncəliyev:"Münaqişədən daha çox ziyan görən erməni icmasıdır"

 

Dağlıq Qarabağın erməni icması Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı təqdirdə biz onlarla birlikdə yaşamağa hazırıq.

Yenixeber.org: Bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev deyib.

İcma rəhbəri bildirib ki, erməni icması azərbaycanlılarla bir yerdə yaşamağı dərk etməyənə qədər Dağlıq Qarabağ münaqişəsinin həllində sülh bərqərar olmayacaq: “Ona görə də biz bu mesajları çatdırmaqla onları başa salmaq istəyirik ki, bu münaqişədən daha çox ziyan görən elə erməni icmasıdır. Çünki onlar girov və əsarət altında saxlanılırlar”.

T.Gəncəliyev bildirib ki, erməni icması Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının bu cür mesajlarına reaksiya vermir: “Təəssüflər olsun ki, onlar bizim əlaqə yaratmaq, təmas qurmaq, dialoq aparmaqla bağlı fikirlərimizə reaksiya göstərmirlər. Bu da bir daha Ermənistanı və erməni icmasını nəzarətdə saxlayan Dağlıq Qarabağdakı qondarma rejimin nə qədər qeyri-konstruktiv mövqedə olduğunu göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam