Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Seçkidə “exit poll” keçirəcək ilk təşkilat -qeydə alındı

 

 
2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində "exit poll" keçirmək niyyətində olan ilk təşkilat məlum olub.
Yenixeber.org: Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib. İclasda seçkilərdə "exit poll" keçirmək niyyətində olan qurumun müraciətinə baxılıb.

Qeyd olunub ki, Əmək Hüquqlarının Müdafiə Liqası "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə "exit poll" keçirmək üçün MSK-ya müraciət edib.

MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, bu təşkilatlar Azərbaycanda əvvəlki seçkilərdə də exit-poll keçirib və etibarlı nəticələr əldə edib. Onun sözlərinə görə, təşkilatın ölkəmizdə keçirəcəyi "exit poll" 118 dairə üzrə 1053 seçki məntəqəsini əhatə edəcək.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılıb. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit poll” keçirəcək qurum kimi qeydə alınıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam