Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MSK növbəti iclasını keçirib

 

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

"Xeberinfo.com":  MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən  verilən məlumata görə, əvvəlcə Komissiyanın 28 noyabr və 6 dekabr 2014-cü il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “exit-poll” keçirmək üçün qeydə alınması barədə müraciətinə baxılıb. MSK üzvlərinin müzakirəsindən sonra sözügedən təşkilatın “exit-poll” keçirmək üçün qeydə alınması barədə qərar qəbul olunub.
MSK-nın iclasında bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətə də baxılıb. Komissiya tərəfindən aparılan müzakirədən sonra müraciətlə bağlı müvafiq dairə seçki komissiyasının qərarının qüvvədə saxlanılmasına və müraciətin təmin edilməməsinə qərar verilib.
MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
İclasda cari məsələlərə də baxılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam