Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Milli Məclisin yaz sessiyası başlandı

 

Milli Məclisin yaz sessiyası spiker Oqtay Əsədovun sədrliyi ilə öz işə başlayıb. Dövlət himninin oxunmasından sonra parlament sədri sessiyanın başlanması münasuibətilə təbriklərini çatdırdı, uğurlar arzuladı

"Xeberinfo.com":  Məlumata görə, bildirib ki, artıq 4-cü çağırış Milli Məclisin səlahiyyətlərinin başa çatmasına az qalıb, ona görə də bizi gərgin iş gözləyir.
 
Spiker bu sessiyada hökumətin, Ombudsmanın, Hesablama Palatasının hesabatının dinləniləcəyini, büdcə məsələsinə yenidən baxılacağını deyib. Gündəliyin təsdiqindən sonra cari məsələlər ətrafında müzakirələr başlayıb. 
Deputat Zahid Oruc deyib ki, qış tətilində ölkə başçısı Tarif Şurasının qərarını ləğv etdi. Deputat bildirib ki, əslində Tarif Şurasının statusu qanunla müəyyənləşməlidir. Deputat Şurada QHT, parlament nümayəndələri və Mətbuat Şurasından bir nəfərin olmasını zəruri sayıb. Z.Oruc yanacaq məsələsində qurumun əsassız addım atdığını və nəticənin də belə olduğunu qeyd edib. 
Xanhüseyn Kazımlı Gənclər günü ilə bağlı danışaraq təbriklərini çatdırdı, ölkə başçısına gənclərə verdiyi mükafatlarına görə təşəkkür etdi. 
Qənirə Paşayeva da gənclərə təbriklərini ifadə etdi. Xanım deputat aliment verməkdən imtina ilə bağlı problemdən bəhs etdi. Dedi ki, qanunvericiliyə edilən dəyişiklik də bu problemi aradan qaldlırmayıb. Xatirlatdi ki, icrasını gözləyən 140 min işin üçdə biri alimentlə bağlıdır. Q.Paşayeva aliment fondunun yaradılması barədə təşəbbüs qaldırdı, yəni dövlət alimenti verir, amma sonra atadan alır, yaxud işsizləri işə düzəldir. 
Spiker dedi ki, fondları yaratsaq, alimentləri verməyənlərin sayı daha da artacaq: “Xüsusilə indiki vaxtda fond yaradıb hər şeyi dövlətin üstünə atmaq əlavə problem yarada bilər. Ona görə də ayrı variantlar tapmaq lazımdır”.   

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam