Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Millət vəkili Çingiz Abdullayevi vəzifələrindən imtinaya çağırdı

 

 

 

Milli Məclisin yaz sessiyası başlayıb.
Xeberinfo.com:   Dövlət Himninin oxunmasından və keçmiş deputat, mərhum akademik Cəlal Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra sessiyanın qanunvericilik işləri üzrə planının müzakirəsinə keçildi.
 
Deputat Zahid Oruc yazıçı Çingiz Abdullayevin son açıqlamasına diqqət çəkdi: “Çingiz müəllim detektiv janrda tirajı milyonu keçən tanınmış yazardır. Bu yaxınlarda “4 uşaq atasını necə işdən çıxardım” deyə, bir çağırışda bulunmuşdu. Məncə, Çingiz müəllim mənim bu sözümdən inciməz. Çingiz Abdullayevin özü 4 vəzifəni daşıyır. O, elə qələm adamlarındandır ki, öz kitablarlı ilə yaxşı yaşaya bilər. Çingiz müəllimin bu açıqlaması özünə də, bəzi millət vəkillərinə də, məmurlara da aiddir. Heç kimə sirr deyil ki, nazir gedib auditoriyada dərs deyə bilməz. Ən azından min vəzifə buradan yarana bilər. Qoy, Çingiz müəllim başlasın, tutduğu vəzifələrdən imtina etsin, digərləri də bu prosesi davam etdirsin”. 
Z.Oruc işğal altındakı ərazilərimizin adlarının kafe və restoranlara, digər obyektlərə qoyulmasına da etiraz etdi: “Şuşa və ümumiyyətlə, işğal bölgəsi ilə bağlı adlar yığışdırılmalıdır”. 
Deputat Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəqil olmasını təklif etdi. Ardınca icra başçılarını tənqid etdi: “Biri gedir, başqası gəlir, amma əvvəlkinin qərarlarını ləğv edir. Bu, niyə belə olmalıdır ki..?”
Z.Oruc MİS-lərin fəaliyyətsiz qurumlara çevrildiyi halda, bu quruma vəsaitlərin ödənildiyini xatırlatdı, bu sahədə islahatlara gedilməsini zəruri saydı. 
Dağlıq Qarabağ Muxtar Vilayətinin 90-cı illərdə ləğv edildiyini xatırladan Z.Oruc bildirdi ki, bu gün Dağlıq Qarabağ adı ermənilərdə mövcuddur: “Dağlıq Qarabağ Muxtar Vilayəti bərpa olunmalıdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam