Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Pakistanın briqada generalı Bakıya gəlib- FOTO

 

Pakistanın briqada generalı Bakıya gəlib - FOTO
Azərbaycan-Pakistan İşçi qrupu səviyyəli görüşün Protokoluna əsasən, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti Bakıda təşkil olunan “Psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr üzrə təcrübə mübadiləsi”ndə iştirak edir.
Yenixeber.org: Müdafiə Nazirliyindən verilən xəbərə görə, oktyabrın 2-də Müdafiə nazirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev briqada generalı Reyhan Naimin rəhbərlik etdiyi Pakistan nümayəndə heyətilə görüşüb. Tərəflər hərbi əməkdaşlığın hazırkı vəziyyətini müzakirə edib, mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr üzrə hər iki ölkə ordusunda aparılan işlər barədə fikir mübadiləsi aparıblar.



Sonra hər iki tərəf mövzu barədə brifinqlər təqdim edib, fikir mübadiləsi aparıb və görüş iştirakçılarının suallarını cavablandırıblar. Səfər oktyabrın 4-dək davam edəcəkdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam