Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yeni il bayramının PROQRAMI açıqlandı - Bulvarda görülən tədbirlər

Bu il bulvarda yeni il daha təmtəraqlı olacaq.

Yenixeber.org: Bunu Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib. Onun sözlərinə görə, bütün Dənizkənarı Milli Park ərazisi yeni dizaynda, daha rəngarəng və müasir formada bəzədilir:

"Artıq Neftçilər prospekti boyunca və Bulvar ərazisindəki bütün şam ağacları və dirəklər çilçıraqlarla bəzədilib. Bulvar boyunca müxtəlif, rəngarəng kompozisiyalar qurulur. Bayram günləri Bulvara giriş istiqamətlərində paytaxt sakinləri və qonaqlar təmtəraqlı bəzəklərlə qarşılanacaq. Kukla Teatrının yanındakı yeraltı keçidin önündə Bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən, uzunluğu 67 metr olan tunel quraşdırılıb. Bulvar ərazisində iki yolka quraşdırılıb. Bunlardan biri köhnə Bulvar ərazisində Dinamo deyilən yerdə (təxminən 12 metr), digəri Ağ Şəhər Bulvarı ərazisində (təxminən 18 metr) yerləşir. Bayram günləri Bulvarda Yeni ilin bütün atributlarına rast gələ biləcəksiniz. Rəngarəng bəzədilmiş retro maşınlar müəyyən ərazilərdə hərəkət edəcək".

G.Yelmarqızı əlavə edib ki, gələn həftədən başlayaraq təxminən 3 həftə ərzində Kukla Teatrının arxasında yerləşən meydanda bayram proqramı təqdim olunacaq:

"Milli Parka gələn paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı sürprizlər, canlı musiqi gözləyir. Bulvardakı bayram ab-havası həm uşaqlar, həm də böyüklər üçün maraqlı olacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam