Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakının ən böyük yolkası bulvarda qurulur-VİDEO

 

Bakının ən böyük yolkası harda qurulur? – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Dənizkənarı bulvarda Bakının ən böyük yolkası quraşdırılır. Yolkanın hündürlüyü 35 metr olacaq. Bununla yanaşı, bulvar idarəsi tərəfindən ərazidə yeni il yarmarkalarının da təşkil edilməsi nəzərdə tutulub.

Yenixeber.org: Paytaxtın ən böyük yeni il yolkası belə quraşdırılır. Böyüklüyünə görə Avropada ikinci yerdə olan Bakı bulvarı yeni ilə hazırlaşır.

Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidovun sözlərinə görə, hazırlıq tədbirləri çərçivəsində “Neftçilər” prospekti istiqamətində ağacların işıqlandırılmasına və Kukla teatrının yanındakı böyük meydanda yolkanın quraşdırılmasına başlanılıb. Yolkanın hündürlüyü 35 metr olacaq.

Bulvarda quraşdırılan yolkanın ətrafında şaxta baba və qar qız da olacaq. Vətəndaşlar onlarla ödənişsiz şəkil də çəkdirə biləcəklər.

Bulvarda yeniliklər də olacaq. Vətəndaşların rahat alış-verişi üçün bayram yarmarkalarının təşkil edilməsi nəzərdə tutulub.

Bundan başqa, ”Azneft” meydanı və Qız Qalasının yanında da yolkaların qurulmasına başlanılıb.(a24)

 

Did you find apk for android? You can find new Free Android Games and apps.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam