Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mer sakinlərə həftəsonu və tətillərdə evdə ölməyi qadağan edib

 

 

Fransanın Loire bölgəsindəki Qrell şəhərinin meri İzabell Dujel, sakinlərə həftə sonları və tətil günlərində evdə ölmələrini qadağan edən sərəncam imzalayıb.

Yenixeber.org: RİA “Novosti” xəbər verir ki, sərəncam cəmiyyətdə həkim çatışmazlığına diqqəti cəlb etmək üçün imzalanıb.

Dujel problemin həddindən artıq mütəxəssis çatışmazlığı ilə əlaqəli olduğunu vurğulayıb. O, qeyd edib ki, mövcud problem qısa müddət ərzində həll olunmalıdır.

“CNews” telekanalı qeyd edir ki, mer keçən bazar günü kommuna sakinlərindən birinin ölümünü təsdiqləyəcək həkim tapa bilmədiyindən sonra bu barədə sərəncam imzalayıb.

Belə ki, ölümün səbəbini təyin etmək üçün müraciət edilən həkim növbədə olub, təcili yardım briqadası isə mütəxəssis çatışmazlığından əziyyət çəkən digər kommunaya aid olub. Axtarışlardan sonra lazım olan həkimi qonşu rayondan tapmaq mümkün olub.

Mer eyni vəziyyətin təkrarlanmaması və problemə diqqət çəkmək üçün müvafiq sərəncam qəbul edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam