Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyanın reytinqi -kəskin şəkildə aşağı düşüb

Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi sürətlə düşməkdə davam edir.
Yenixeber.org: Son vaxtlar Paşinyan daha tez-tez selfiler çəkir, canlı yayıma çıxır, xalqa xoş gəlmək üçün digər hərəkətlər edir. Buna səbəb təxminən 10 gün əvvəl baş nazirə təqdim edilən yeni rəy sorğusunun nəticələridir.

Həmin sorğunun nəticələri Paşinyanı o qədər qəzəbləndirib ki, onları yenidən yoxlamağa, eyni zamanda beynəlxalq təşkilatın Ermənistandakı filialına yeni rəy sorğusu keçirməyə göstəriş verib.

“Sorğunun nəticələri Paris ziyarətindən 2 gün əvvəl baş nazirə təqdim edilib və göstəricilər onun reytinqinin 21-23% arasında dəyişdiyini təsdiqləyib. Rəy sorğusu Paşinyanı çox qəzəbləndirib və o, ən etibarlı adamlarına düşünməyi, təhlil aparmağı, gələcək üçün fəaliyyət proqramını ona təqdim etməyi tapşırıb. Reytinqin bu qədər sürətlə düşməsini dayandırmaq üçün nə etmək lazım gəldiyini araşdırmağa göstəriş verib", - deyə Ermənistan KİV-ləri yazıb.

Məlumatda, həmçinin qeyd olunub ki, baş nazirin tezliklə cəmiyyəti yeni, daha maraqlı şoularla təmin etmək üçün təşəbbüs göstərəcəyi istisna deyil, çünki əvvəllər təşkil edilənlər öz məqsədinə çatmayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam