Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

MSK-nın yeni tərkibində cəmi iki yeni şəxs

MSK-nın yeni tərkibində cəmi iki yeni şəxs

 

Ümid Partiyasının yeri Xanhüseyn Kazımlının partiyasına verildi

 

Xeberinfo.com:  Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədlərin adı məlum olub. Milli Məclisdən verilən məlumata görə, Seçki Məcəlləsinə əsasən, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlar, Milli Məclisdə azlıq təşkil edən Ana Vətən Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası MSK üzvlüyünə namizədlərini parlamentə təqdim edib.
Milli Məclisin aprelin 15-də plenar iclasda müzakirəyə çıxarılacaq “MSK-nın üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” qərar layihəsində MSK üzvlüyünə namizəd qismində Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, Məzahir Pənahov, İlham Məmmədov, Natiq Məmmədov, Arifə Muxtarova, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev, Mikayıl Rəhimov, İlkin Şahbazov, MSK-nın əvəzedici üzvlüyünə isə Sürəddin Hümbətov, Bəhruz Quliyev, Aydın Muradov və Niyaməddin Orduxanovun adı yer alıb.  
Beləliklə, məlum oldu ki, MSK-nın 2010-cu ildə formalaşan və indiyə qədər fəlaiyyət göstərən tərkibindən cəmi iki nəfər yeni MSK-da olmayacaq. Bunlar Akif Qurbanov və Tamam Cəfərovadır. Akif Qurbanov Ümid Partiyasının parlament təmsilçiliyi olmadığı üçün MSK üzvlüyündən çıxarılıb. Tamam Cəfərova isə MSK-da YAP-ın nümayəndələrindən idi. Hanısa səbəblərdən hakimiyyət onu YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevlə əvəzləyib. 
Akif Qurbanovun MSK-da boş qalan yerinə isə hakimiyyətyönlü Sosial Rifah Partiyasının təmsilçisi İlkin Şahbazov məsləhət bilinib. 
Qeyd edək ki, 2015-ci ilin noyabrın 1-də keçirilən parlament seçkilərində Ümid Partiyası və Ədalət Partiyası parlament partiyası statuslarını itiriblər. Bu seçkilərə qədər həmin partiyaların sədrləri deputat idilər. Ümid Partiyası və Ədalət Partiyası parlamentə buraxılmadı, ancaq onların əvəzindən parlamentə yeni üç partiya-Vəhdət Partiyası, ASDP və Demokratik Maarifçilik Partiyası buraxıldı. Hər üç partiyanın sədri mandat əldə etdi. Bir çoxları hesab edirdi ki, yeni formalaşacaq MSK-da bu partiyalardan ən azı birinə təmsilçilik veriləcək. Hətta bu partiyanın ASDP olduğu da deyilirdi. Qeyd olunurdu ki, necəki ASDP sədri Araz Əlizadə Ümid Partiyasının sədri İqbal Ağazadənin yerinə deputat seçdirilmişdi, o cür də Ümid Partiyasının MSK-dakı yeri ASDP-yə veriləcək. Ancaq artıq dünən bəlli oldu ki, hakimiyyət parlamentə yeni buraxdığı partiyalara MSK üzvü yeri verməyib.
MSK-nın sədrinin kim olacağı isə artıq demək olar ki, hər şey aydındır. Məzahir Pənahov köhnə vəzifəsində qalacaq.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam