Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İlham Əliyev: "“Metsamor” region üçün böyük təhlükədir" - VİDEO

 

 

“Azərbaycanın 20 faiz torpağı erməni işğalçıları tərəfindən işğal olunub. İşğal nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün var”.
Xeberinfo.com:  Məlumata görə, bunu prezident İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı bildirib.

Ölkə başçısı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilən soyqırımdan danışıb. Bildirib ki, bu soyqırımı dünyanın 10 ölkəsi tərəfindən tanınıb. 

“Ermənistan tərəfi Azərbaycana 2016-cı ilin aprelində də təcavüzü davam etdirib.Ermənistanın aprel hücumu zamanı Azərbaycanın əsgər və zabitləri, o cümlədən 6 dinc sakini ölüb, 30-a yaxın sakin yaralanıb, mindən çox evə zərər dəyib. Ermənistan ordusu qadağan olunmuş bombalar, silahlardan istifadə edib. Bütün bunlar sənədləşdirilib və beynəlxalq qurumlara çatdırılıb. Buna cavab olaraq Azərbaycan tərəfi uğurlu əks-hücuma keçib və uğurlu hərbi əməliyyat keçirib. Yalnız bundan sonra Ermənistan tərəfi dinc əhaliyə qarşı hücumları dayandırıb. Bütün bunlara baxmayaraq Ermənistan tərəfi BMT-nin qəbul etdiyi qətnamələrə əməl etmir. Başqa vaxt qətnamələr dərhal icra olunur, amma bu 4 qətnamə kağız üzərində qalıb”.

İlham Əliyev çıxışı zamanı qeyd edib ki, Ermənistanda yerləşən “Metsamor” AES region üçün böyük təhlükədir.

Prezident, həmçinin vurğulayıb ki, Azərbaycan Ermənistanın işğalı nəticəsində yaranan humanitar böhranın öhdəsindən uğurla gəlib. 

“Biz qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması üçün 6 milyard ABŞ dollarından çox vəsait xərcləmişik. Son 12 ildə qaçqın və köçkünlər arasında yoxsulluq səviyyəsi 75%-dən 12%-ə, ümumilikdə isə Azərbaycanda yoxsulluq səviyyəsi 50%-dən 5 faizə düşüb. Biz bundan sonra da BMT-lə əməkdaşlığımızı davam etdirəcəyik”.(Azvision.az)





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam