Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Terrorizm Ermənistanın işğalçı siyasətinin tərkib hissəsidir”

d6ba6a66af872c176e2e267022dd1159

 

“Ermənistan terror təşkilatı tərəfindən Azərbaycanda törədilən terror aktları nəticəsində 2 mindən çox Azərbaycan vətəndaşı həlak olub”
Azərbaycan prezidenti İlham Əliyev Antalyada G20 sammiti çərçivəsində keçirilən işçi naharda terrorizmə qarşı mübarizə və qaçqın böhranı mövzusunda müzakirələrdə çıxış edib.

 

Xeberinfo.com:  Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adından böyük iyirmiliyin sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə verilən işçi naharda terrorizmə qarşı mübarizə və qaçqın böhranı mövzusunda müzakirələr aparılıb. Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak edir, Əfqanıstanda koalisiya qüvvələrinin işinə qoşulan ilk ölkələrdən biri olub. O qeyd edib ki, Azərbaycan özü terrorizmdən əziyyət çəkən ölkələrdəndir və bu terrorizm Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir. Ermənistan terror təşkilatı tərəfindən Azərbaycanda törədilən terror aktları nəticəsində 2 mindən çox Azərbaycan vətəndaşı həlak olub.
Azərbaycan torpaqlarının işğalı məsələsinə toxunan dövlət başçısı deyib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt olunub: “Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İşğal nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib, bir milyona yaxın soydaşımız öz doğma torpaqlarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan tərəfi indiyədək buna məhəl qoymur”.
Prezidentin sözlərinə görə, dünyanın bir nömrəli beynəlxalq təşkilatı tərəfindən qəbul edilmiş qərarlara Ermənistan tərəfindən əməl olunmaması çox ciddi məsələdir. O xüsusi olaraq vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam