Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dilqəm və Şahbazın dəyişdirilməsi mümkündür - Tonoyan açıqlama verdi

Dilqəm və Şahbazın dəyişdirilməsi mümkündür - Tonoyan açıqlama verdi
"Dünən mən Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəsi ilə görüşdüm. Əsirlərin dəyişdirilməsi ilə bağlı Azərbaycan tərəfinin təklifi rəsmi olaraq mənə çatdırıldı. Müzakirə ilə bağlı bəzi məsələlər var ki, indi onları aça bilmərəm"
Yenixeber.org:  Bunu Ermənistanın müdafiə naziri David Tonayan deyib. O bildirib ki, Ermənistan öz vətəndaşlarının geri qaytarılmasında maraqlıdır və bununla bağlı işlər davam etdiriləcək.

Tonoyanın sözlərinə görə, müəyyən məlumatları dəqiqləşdirmək üçün əlavə işlər tələb olunur və bu, hazır olan kimi Ermənistan müvafiq reaksiyanı verəcək.

Nazir əsirlər və girovların dəyişdirilməsinin mümkün olduğunu istisna etməyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəflərdə saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılmasını aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə 2016-cı ilin aprel ayında Ermənistan Respublikasına təklif edib.



Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 11 sentyabr 2019-cu il tarixdə rəsmi məlumat verib.

Xatrıladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam