Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Girovların məsələsi -Britaniyada da qaldırıldı

Huquq mudafiəçisi: “Buütün cinahlardan Ermənistan tərəfinə cağırışlar edilir, İrəvan bu məsələdə konstruktivlik nümayiş etdirməlidir”

Yenixeber.org: Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın həbsdə saxladığı azərbaycanlı girovlarla erməni əsirlərin dəyişdiriləcəyi barədə iki gun oncə acıqla.ma verməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin yaxın zamanlarda azad ediləcəyinə ümidləri artırıb.

Bu barədə danışan Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov bildirdi ki, əsir və girovlarla bağlı məsələ son günlər Azərbaycan cəmiyyəti və beynəlxalq təşkilatlarda da muzakirə movzusuna cevrilib. Sentyabr ayının 18-də Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da rəsmi Bakının mövqeyini  beynəlxalq təşkilatlar və bu təşkilat vasitəsilə Ermənistan tərəfinə catdırıb. Bildirilib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mubadilə edilməsinə Azərbaycan tərəfi hazırdır: “Bundan sonra biz Polşanın paytaxtı Varşavada ATƏT-in insan haqlarına dair zirvə toplantısında rəsmi Bakının mövqeyini bir də dunya ictimaiyyətinin diqqətinə catdırdıq. Daha sonra Strasburqda AŞPA-nın payız sessiyasında girovlarla bağlı işləri davam etdirdik. Vətəndaş cəmiyyətinin üzvləri və hüquq müdafiəçisi olaraq bütün mümkün platformalarda, xususilə Avropa institutlarında, beynəlxalq təşkilatlarda bu məsələni davamlı şəkildə gündəmə gətiririk.

Əhməd Şahidov ile ilgili görsel sonucu

Oktyabrın 4-də Britaniyada beynəlxalq tədbirdə cıxışımda mülki girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı cıxış etdim. Britaniya ictimaiyyətindən bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini istədim.

Əsir və girovlarla bağlı  dünya ictimaiyyətini məlumatlandırmaqda davam edirik.

Rusiyanın xarici işlər nazirinin son açıqlaması isə əsir və girovların dəyişdirilməsinin mümkün olacağına inamımızı artırıb. Duşunurəm ki, kompleks şəkildə aparılan işlər yaxın günlər və ya yaxın həftələr ərzində girovların dəyişdirilərək öz vətənlərinə, ailələrinə geri dönməsinə vəsilə olacaq. Bu baxımdan həm Azərbaycan dövləti,  xüsusən də, Xarici İşlər Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Prezident Administrasiyası, ölkə rəhbərliyi bu məsələni gündəmdə saxlayır. Biz də dovlətin bu istiqamətdə həyata kecirdiyi siyasətə dəstək olaraq vətəndaş cəmiyyətinin  numayəndəsi kimi, məsələni daim gundəmdə saxlayırıq. Düşünürəm ki, yaxın həftələr ərzində əsir və girovların dəyişdirilməsi, nəhayət ki, baş tutacaq".

Huquq mudafiəcisinin sozlərinə gorə, butun cəbhələrdən, cinahlardan Ermənistan tərəfinə cağırışlar edilir. Beynəlxalq ictimaiyyət bu məsələdən  xəbərdardır. Rəsmi İrəvana yayınmaq üçün heç bir şans buraxılmayıb. Ermənistan hakimiyyəti bu məsələdə nəhayət konstruktivlik numayiş etdirməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam