Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şeyxülislam Allahşükür Paşazadə -Rusiyaya səfərə gedəcək

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyaya səfər edəcək.

Yenixeber.org:   Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin (RF MRİ) Mətbuat xidmətinin rəhbəri Dilarə Əhmədova Rusiya bürosuna bildirib ki, Şeyxülislam A.Paşazadənin başçılıq edəcəyi Azərbaycan nümayəndə heyəti RFMRİ-nin sentyabrın 23-də Moskva şəhərində keçiriləcək VII seçki hesabat qurultayında iştirak edəcək.

Həmin tədbirdə 50-dən çox ölkədən nazirlər, ali müftülər, ali məktəb rektorları da daxil olmaqla bir çox fəxri qonaqlar iştirak edəcəklər.

Qurultayla yanaşı, Moskva Cümə Məscidinin 115 illiyi, RFMRİ-nin 25 illiyi, Moskva İslam İnstitutunun 20 illiyi, RFMRİ-nin banisi və rəhbəri müftü şeyx Ravil Qəynüddinin 60 illiyi münasibətilə təntənəli tədbirlər də keçiriləcək.

Moskva Cümə Məscidində ilk dəfədir belə irimiqyaslı ruhani qurultayının keçiriləcəyini qeyd edən D.Əhmədova tədbirdə Rusiya müsəlmanlarının Moskva Cümə Məscidinin himayəsində 25 il əvvəldən başlayaraq toplanmasına yekun vurulacağını diqqətə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam