Yenixeber.org: Əlahiddə Ümumqoşun Orduda qadın hərbi qulluqçuların da cəlb edildiyi kurslar artıq başa çatıb.
Kursun başa çatması ilə bağlı keçirilən tədbirdə hərbçilərin valideynləri, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular çıxış edib. Mərasimdə Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Təbrik oxunduqdan sonra məzunlara sertifikatlar təqdim edilib.
Kurs birinciləri xatirə lövhələrinə buraxılış emblemlərini vurublar. Məzunların tribuna önündən təntənəli keçidi olub.