Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Beyləqan İcra hakimiyyəti tanınmayan “Vaqif” MMC-nə 1 milyon verir-Tender

 


icra

Beyləqan rayon İcra Hakimiyyətinin quruculuq və abadlıq işləri ilə bağlı elan etdiyi tenderin qalibi açıqlanıb.

Yenixeber.org: İcra hakimiyyətinin elan etdiyi tenderin qalibi “Vaqif” firması olub. Artıq tərəflər arasında 1 milyon manatlıq müqavilə imzalanıb. Bunu təsdiq edən məlumat isə https://etender.gov.az/ saytında öz əksini tapıb.

Lakin bu firmanın bir milyonluq işin öhdəsindən necə gələcəyi sual olaraq qalır. Məsələ burasındadır ki, “Vaqif” firması ilə bağlı internet resuslarında bir cümlə belə məlumat yoxdur. Firmanın nə rəsmi saytı, nə də sosial şəbəkədə hesabı var. “Vaqif” firmasının ünvanı, harada fəaliyyət göstərməsi, əlaqə nömrələri belə yoxdur.

Belə olan halda sözügedən firmanın sadəcə kağız üzərində olduğuna dair şübhələr artır. Mütəxəssislər hesab edir ki, bu, tender sahəsində çox geniş yayılmış nümunədir. Belə ki, bəzi səlahiyyət sahibləri elan etdikləri tenderlərin qaliblərini seçərkən birbaşa özünə, qohumuna, ona bağlı olan şirkətlərə üstünlük verirlər. Belə olan halda elan edilən tender uğrunda mübarizədə şəffaflıq qorunmur.

Qeyd edək ki, tenderin qaydalarına görə, dövlət qurumu ən azından eyni sahədə 3 ildən çox təcrübəsi olan şirkətlərlə müqavilə bağlamalıdır. Bu halda ən azı 3 ildir fəaliyyət göstərməli olan “Vaqif” firmasın haqqında heç bir məlumatın olmaması şübhələri daha da gücləndirir.(qafqazinfo)

tttt(1)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam