CAVİD QURBANOVUN “İSPAN TAPMACASI” –22 işçisi olan şirkəti necə 10 milyonluq tenderin qalibi etdi?
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin keçirdiyi tenderdə şübhəli məqamlar var.
Yenixeber.org: Məlumata görə, bunu iqtisadçı ekspert Natiq Cəfərli öz “facebook” hesabından paylaşdığı yazısında bildirib. Belə ki, adıçəkilən dövlət qurumu Texniki Nəzarət üzrə Məsləhət Xidmətləri ilə bağlı açıq tender elan edib, tender keçirilib və İspaniyanın “JV TPF Getinsa Eurorestudios – Auxitec Tecnica V Control” şirkəti tenderin qalibi olub.
Natiq Cəfərli tenderin qalibi elan edilən şirkətlə bağlı araşdırma apardığını və cəmi 1 saat ərzində xeyli maraqlı faktlar əldə etdiyini bildirib:
1) 1992-ci ildə yaradılıb, kiçik müəssisədir;
2) Cəmi bir beynəlxalq layihədə, Səudiyyədə iştirak edib;
3) Cəmi 22 işçisi var, Arribastorres Antonio adlı şəxs şirkətin həm sahibi,həm direktoru, həm də baş məsləhətçisidir;
4) Son dəyərləndirməyə görə şirkətin bazar dəyəri cəmi 879 min 562 avrodur;
5) Şirkətin 364 min 652 avro kredit borcu var;
6) Şirkətin bu günə olan cəmi borc öhdəlikləri 1 mln. 318 min 16 avrodur;
7) Uzunmüddətli investisiya portfeli və maliyyə yatırımları yoxdur;
8) Şirkətin cəmi 16 min 64 səhmi var, əsas səhmdarı da sahibidir, yəni Antonio müəllim;
9) Likvid aktivləri 31 min 614 avrodur;
10) Qısa müddətli borcu 36 min 728 avrodur”.
N.Cəfərli tenderdə şübhəli məqamların olduğunu vurğulayaq, belə bir kiçik və dayanıqsız şirkətin az qala 10 milyon dollarlıq tendirin necə qalibi olduğunu sual edib: “ADY isə belə bir tanınmayan və kiçik şirkətlə 8,261 milyon avro (9,277 milyon ABŞ dolları) məbləğində əsas və 0,236 milyon dolar məbləğində əlavə satınalma müqavilələri bağlanılıb. Beləliklə, ADY İspaniya şirkətindən 9,513 milyon dollarlıq, yəni 16 mln. 261 min 200 manatlıq məsləhət alacaq.
Suallar: 1) Belə bir kiçik və dayanıqsız şirkət az qala 10 mln. dollarlıq tendirin qalibi necə olub;
2) Tenderdə başqa hansı şirkətlər iştirak edib;
3) Tendirdə ən aşağı və ən yuxarı təklif necə olub;
4) Bu tip məsləhət müqavilələrinin dəyəri normalda maksimum yüzminlərlə ölçülür, hansı faktora görə bu məsləhət müqaviləsi belə baha olub.
Əgər bu suallar rəsmi cavab olmasa, bağlanmış müqavilənin korrupsiya sxemi olduğuna dair şübhələr artacaq. Gözləyək, keçən dəfə ADY rəhbərliyi cavab vermişdi, görək indi nə deyəcəklər”.
Məlumat üçün bildirək ki, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Cavid Qurbanovdur və onun rəhbərlik etdiyi qurum ittihamlara rəsmi cavab verməyib.(azpolitika)