Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ölkəmiz dünyanın ən görməli məkanları sırasında

 

ABŞ-ın nüfuzlu “Nyu York Tayms” (“The New York Times”) qəzeti 2015-ci il üzrə dünyanın ən görməli 52 məkanının siyahısını hazırlayıb

 

"Xeberinfo.com":  Məlumata görə, bu siyahıda paytaxt Bakı da yer alıb. Siyahıya dünyanın müxtəlif mədəniyyətlərini təmsil edən Kuba, Makedoniya, Zimbabve, Florida, Milan və s. kimi ölkə və şəhərlər daxildir.
 
Qəzetdə yerləşdirilən və siyahıdakı bütün məkanlar haqqında məlumat verilən məqalədə Bakı haqqında bunlar yazılır:
 
“Qədim mədəniyyət və Dubay tərzindəki ekstrovaqantlığı Bakını turistlərin getmək istədikləri məkanlardan birinə çevirir. Azərbaycanın paytaxtında baş verən ikinci neft bumu Xəzər dənizinin sahilində yerləşən bu şəhərə var-dövlət qazandırmış və yeni üfüqlər açmışdır. Hökumət neftdən əldə olunan gəliri UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınmış İçərişəhəri dövrəyə alan zəngin memarlıq layihələrinə yönəldir. Şəhərin ən gözəl binalarına misal olaraq Alov qüllələrini və Zaha Hadidin memarlığı ilə tikilən Heydər Əliyev Mərkəzini göstərmək olar. Şəhərdə “Four Seasons”, “Hilton” və “Kempinski” kimi beynəlxalq nüfuza malik otellər fəaliyyət göstərir. Bu yay Bakıda keçiriləcək Birinci Avropa Oyunları ərəfəsində 33 mərtəbəli “Trump İnternational” oteli və Bakı qülləsi də bu möhtəşəm tikililər siyahısına əlavə olunacaqdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam