Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

Bakı “Yüksələn turizm məkanları” kateqoriyasında

 

Dünyanın ən nüfuzlu turistik internet portalı olan “TripAdvisor”un apardığı tədqiqatlara görə Azərbaycanın paytaxtı Bakı 2014-cü ilin nəticələrinə əsasən ən yaxşı turizm məkanlarından biri hesab edilərək, “Yüksələn turizm məkanları” kateqoriyasına daxil edilib


"Xeberinfo.com":  Məlumata görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, on milyonlarla istifadəçi auditoriyası olan “TripAdvisor” şəbəkəsinin istifadəçiləri tərəfindən Bakıda ziyarət olunması tövsiyə edilən görməli yerlər sırasında İçərişəhər ən çox ziyarətçi rəyi alan məkandır.

İçərişəhər ərazisində yerləşən dünya əhəmiyyətli abidələrdən biri olan Qız qalası isə bu il həm də “TripAdvisor”un “Mükəmməllik Sertifikatı 2014” (“Certificate of Excellence 2014”) mükafatına layiq görülüb.

2002-ci ildən təqdim olunmağa başlanan və hər il dünyanın müxtəlif ölkələrindən milyonlarla “TripAdvisor” istifadəçisinin rəy və münasibətləri əsasında verilən “Certificate of Excellence” mükafatı bu internet portalının təqdim etdiyi ali mükafatdır. Milyonlarla insanın dünyanın müxtəlif şəhərləri, gəzməli yerlər, tarixi məkanlar, keyfiyyət, xidmət və digər sahələrdəki məmnuniyyəti əsasında “TripAdvisor” ildə bir dəfə “yaxşıların yaxşısını” seçir və dünyaya təqdim edir.

Bakı şəhərinin “Yüksələn turizm məkanları” kateqoriyasına daxil edilməsi və konservasiya işlərindən sonra yenilənmiş muzey ekspozisiyası ilə qapılarını açan Qız qalasının “Certificate of Excellence 2014” mükafatına layiq görülməsi Azərbaycanın zəngin tarixi-memarlıq irsinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin daha bir göstəricisidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam