Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sevinc Osmanqızından açıqlama

 

Tanınmış telejurnalist, Qadın Jurnalistlər Birliyinin sədri Sevinc Osmanqızı Bakının Nərimanov rayonunda haqqında açılan cinayət işinə reaksiya verib. 

"Xeberinfo.com":  Məlumata görə, o, bu hadisədən təəssüfləndiyini vurğulayıb. 

"Belə bir təəssürat yaranır ki, mənə qarşı tələm-tələsik cinayət işi açmaq sifarişi verilib. Bu, çox təəssüf doğurur. Demokratik cəmiyyətdə plüralizmə, peşəkar jurnalistika prinsiplərinə dözümlülük olmalıdır. Azad mətbuat nümayəndələrini susdurmaq üçün inzibati resurslardan istifadə etmək yolverilməzdir.
Azərbaycan jurnalistikasında 20 ildən bəri külüng çalan biri kimi, bu, mənim üçün ağırdır.
Mən həmişə vətənimlə fəxr etmişəm. Bu proseslər bizə yaraşmır və onlara son qoyulmalıdır". 


Qeyd edək ki, Sevinc Osmanqızının keçmiş həyat yoldaşı Azər Xəlilovun iddiası əsasında ona qarşı Cinayət Məcəlləsinin 147 (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.

Bir neçə gün öncə Bakının Nərimanov rayon Məhkəməsində xüsusi ittiham qaydasında qaldırılan cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Prosesə hakim Məzahir Sadıqov sədrlik edir. 

Sevinc Osmanqızı hazırda ABŞ-da yaşayır.

Məhkəmə prosesinin yanvarın 13-də davam etdiriləcəyi gözlənilir. 

Modern.az 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam