Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sevinc Osmanqızını Azərbaycana gətirmək istəyirlər?

 

Hazırda ABŞ-da yaşayan tanınmış jurnalist Sevinc Osmanqızının hüquqlarının müdafiəçisi Elmira Sarıyeva müvəkkilinə qarşı xüsusi ittiham qaydasında qaldırılan cinayət işinin gedişi ilə bağlı narahatlıq ifadə edib

 

"Xeberinfo.com":  Məlumata görə, vəkil bu haqda bildirib:
"Cinayət işinin icraata qəbul olunması üçün heç bir sübut, əsas olmayıb. Sevinc Osmanqızına qarşı məqsədyönlü şəkildə böhtan və təqib kampaniyası aparılmaqdadır. Xanım juralist əsassız olaraq, xarici xidmət orqanları ilə əməkdaşlıq etməkdə, dövlət əleyhinə fəaliyyətdə ittiham olunur. Bu kampaniyadan məqsəd Sevinc Osmanqızının nüfuzuna zərbə vurmaq, onun məcburən Azərbaycana gətirilməsinə nail olmaqdır". 
Bakının Nərimanov rayon Məhləməsində hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Sevinc Osmanqızı ilə bağlı İcra Hakimiyyətinə, Dövlət Statistika Komitəsinə, Dövlət Sərhəd Xidməti və digər dövlət qurumlarına sorğular göndərilib. Sorğular hələ cavablandırılmadığından proses yanvarın 13-dək təxirə salınıb. 
Qeyd edək ki, Sevinc Osmanqızına qarşı keçmiş həyat yoldaşı Azər Xəlilovun iddiası əsasında Cinayət Məcəlləsinin 147 (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam