Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məhkəmə Sevinc Osmanqızı ilə bağlı qərar verdi

 

Bu gün Nərimanov rayon məhkəməsində jurnalist Sevinc Osmanqızının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

 

"Xeberinfo.com":  Məlumata görə, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən iclasda ittihamçı Azər Xəlilov, nümayəndələri və S.Osmanqızının vəkili Tamillə Ələkbərova iştirak edib.

Hakim M.Sadıqov bildirib ki, Sevinc Osmanqızının məhkəməyə məcburi gətirilməsi haqda verilən qərara Yasamal Rayon Polis İdarəsindən cavab verilib. Qeyd olunub ki, S.Osmanqızının yaşadığı ev “Sovetski” layihəsinə görə sökülüb və S.Osmanqızı qeydiyyatdan çıxarılıb. Onun hazırda harada yaşadığı bəlli deyil.

A.Xəlilov isə hazırda həmin evin sökülmədiyini, sadəcə mənzilin qeydiyyatdan çıxarıldığını deyib. 

A.Xəlilovun vəkili çıxış edərək bildirib ki, S.Osmanqızı qəsdən məhkəmədən yayınır. Onun iştirakı olmadan da məhkəmə davam etdirilməli və müvafiq qərar verilməlidir. 

Vəkil Tamilla Ələkbərova müvəkkilinin məhkəmədən qəsdən yayınmadığını deyib: “Uşaqların təhsili ilə bağlı Azərbaycana gələ bilmir”. 

Azər Xəlilov uşaqların ABŞ-a təhsil almaq üçün getmədiklərini bildirib: “Uşaqlarım məndən icazəsiz ora aparılıb. Onun da (Sevic Osmanqızının – red.) ANS tərəfindən verilən ezamiyyəti başa çatıb. O geri qaytarılmalıdır”.

Bundan sonra hakim Məzahir Sadıqov ittiham olunan şəxsin ölkə hüdudlarından kənarda olmasını əsas gətirərək onun barəsində məcburi gətirilmə, axtarışa verilmə və ya digər tədbir görülməsi üçün məhkəmə icraatının dayandırması barədə qərar verib.

Qeyd edək ki, Sevinc Osmanqızının keçmiş həyat yoldaşı Azər Xəlilovun iddiası əsasında ona qarşı Cinayət Məcəlləsinin 147 (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.

“Qafqazinfo”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam