Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ukraynanın üç vətəndaşı "qara siyahı"ya düşməmək üçün - Azərbaycan XİN-ə xahişlə müraciət edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukrayna Milli Rəqs Liqası Federasiyasının (FNDL) idarə heyətinin üzvü, Qennadiy Xavkin, habelə Federasiyanın daha iki üzvü İqor Yaremenko və Timofey Çernenkonun adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na salınmamasına dair məlumat yayıb.

Yenixeber.org: XİN Mətbuat xidməti idarəsinin məlumatında bildirilib ki, Ukrayna vətəndaşları, Ukrayna Milli Rəqs Liqası Federasiyasının (FNDL) idarə heyətinin üzvü Qennadiy Xavkin, habelə Federasiyanın daha iki üzvü İqor Yaremenko və Timofey Çernenko Xarici İşlər Nazirliyinə rəsmi məktubla müraciət edərək adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na salınmamasını xahiş ediblər.

Məktubda FNLD-in prezidenti Marina Kurbanaliyeva və Federasiyanın yuxarıda adları qeyd olunan üzvləri səfərlə əlaqədar təəssüf hissi keçirdiklərini ifadə edərək Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiklərini, habelə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilməyərəkdən səfər etdiklərini qeyd ediblər. Sözügedən şəxslər, həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəklərinə dair zəmanət veriblər.

Qennadiy Xavkin, İqor Yaremenko və Timofey Çernenkonun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onların adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na salınmamasına dair qərar qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam