Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Polşa vətəndaşı Azərbaycan xalqından və dövlətindən üzr istəyib

 

 

 Polşa Respublikasının vətəndaşı, Volomin povyatının starostası Kazimir Rakovski Azərbaycanın Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Yenixeber.org: XİN-dən verilən məlumata görə, K.Rakovski Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünə, habelə Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanun və qaydalara hörmət etdiyini vurğulayıb.

O, regiona səfərinin səbəb olduğu bütün çətinliklərə və nəticələrinə görə üzrxahlığının qəbul edilməsini və adının “Arzuolunmaz şəxslərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

K.Rakovskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının "Arzuolunmaz şəxslər siyahısı"ndan çıxarılmasına dair qərar qəbul edilib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam